Əlaqə Arxiv
news Image
2015.01.14
18:04
| A A A
Doğum günü faciəsi: 11 yaşlı oğlan öldü

Yeniyetmə yol qəzasının qurbanı olub 

İmişli rayonunda 11 yaşlı uşağı doğum günündə avtomobil vuraraq öldürüb.

 

İmişli Rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, qəza yanvarın 13-də Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonunun Şahverdili kəndindən keçən hissəsində qeydə alınıb.

 

İmişli rayonunun Sarxanlı kənd sakini Quliyev Sabit İsfəndiyar oğlu idarə etdiyi "Mercedes" markalı, 99 BF 122 dövlət nömrəli avtomobillə Şahverdili kənd sakini, 13 yanvar 2004-cü ildə anadan olmuş İmaməddin Elbəy oğlu Allahverdiyevi vurub.

 

Uşaq xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. O, aldığı bədən xəsarətlərindən xəstəxanada dünyasını dəyişib.

 

Faktla bağlı İmişli RPŞ-da cinayət işi başlanıb, araşdırma aparılır.

Sizin Reklam Yeriniz