Əlaqə Arxiv
news Image
2015.01.15
09:50
| A A A
Hepatit C daha böyük təhlükəyə çevrilir
Adil Qeybulla: “Ucqarlardakı klinikalar, stamotoloji bölmələr, kosmetoloqlar müəyyən qaydaları gözləmirlər” Aydın Əliyev: “Sanki insanlarla viruslar arasında xüsusi bir müharibə gedir və insanlar ketdikcə bu mübarizədə uduzur”

Son illər dünyada, o cümlədən Azərbaycanda Hepatit C virusuna tutulanların sayı artıb. bu gün dünya əhalisinin təxminən 4 faizi və ya 185 milyon nəfər Hepatit C virusu ilə mübarizə aparır. Ölkəmizdə də ötən illərlə müqayisədə virusa yoluxanların sayı artıb. Vaksinin olmaması xəstəliyin getdikcə yayılmasına səbəb olur. Hepatit C qara ciyərdə inkişaf edir. Xəstəliyin sürətlə yayılmasının səbəbləri sırasında tibbi əməliyyatlar zamanı sterilizə olunmayan avadanlıqlardan istifadə, donor qanının analizinin düzgün aparılmaması göstərlir. Bundan əlavə virusa diş fırçası vasitəsilə, tatuaj zamanı, həmçinin gözəllik salonlarınd manikür, pedikür zamanı da yoluxmaq mümkündür. Həkimlər deyir ki, xəstəliklə mübarizədə diaqnozun düzgün təyini olduqca vacibdir. Xəstəlik vaxtında və düzgün müalicə edilməsə, ölümlə nəticələnə bilər.

Tibb elmləri doktoru Adil Qeybulla qeyd etdi ki, Hepatit C virusu əsasən qanla keçir: "Ümumiyyətlə B, C virusları Hepatit A virusunun formasının dəyişməsinin bir modifikasiyasıdır. Bu virus hansısa qana bulaşmış bir alət digər adamın orqanizminə daxil olması ilə qan köçürmə zamanı keçir. Ona görə də cərrahi manipulyasiya, kosmetoloji prosedurlarda, stomatoloji kabinetlərdə bu virus insanlar yoluxa bilərlər. Həmçinin, xəstə adamın qanının digərinə köçürülməsi zamanı da bu tendensiya baş verir. Digər hallarda Hepatit C virusuna yoluxma halları aşağıdır. Amma bu yollar da çoxdur. Bu gün stamotoloji kabinetlərin heç də hamısı lazımi standartlara cavab vermir. Dövlət xəstəxanalarının əksəriyyətində bu problemlər var. Təəssüflər olsun ki, əhalinin böyük əksəriyyəti bu yoluxma mənbəyindən məlumatsızdır. Nə qədər ki, bu məsələnin kökü kəsliməyib, yoluxma mənbəyi olan yerlərdə konkret tədbirlər görülməyib, o qədər də bu məsələ təhlükə olaraq qalacaq. Düzdür, bu gün müasir kabinetlərdə antivirus preparatlarından istifadə edirlər. Amma təəssüf ki, ucqarlardakı klinikalar, stamotoloji bölmələr, kosmetoloqlar müəyyən qaydaları gözləmirlər. Hepatit C virusunun dinamikasının artması təbiidir. Amma kütləvi profilaktika tədbiri həyata keçirilsə, bu dinamika dayanar və müsbət nəticə əldə olunar. Məsələnin dövlət himayəsinə götürülməsi məsələsi qaldırılıb. Yoluxmanın coğrafiyasından asılı olmayaraq, ümumi proqrama daxil etməklə bu yolda müsbət nəticələr əldə etmək mümkündür".

Tibb üzrə fəlsəfə doktoru, dosent Aydın Əliyev bildirdi ki, immun sisteminin zəifləməsi Hepatit C virusunun yayılmasına şərait yaradır: "Hazırda xəstəliklərin, xüsusən də virus təbiətli, infeksion mənşəli olanların artıb-çoxalması bilinən tərəfləri var. Bu bilinən tərəflər hansılardır? Ən əsası insanların bədəninin gücünün azalması, yəni, immun sisteminin, imunitetin zəifləməsi buna gətirib çıxarır. İmunitetin də zəifləməsinin başlıca səbəbi ekoloji problemlərdir. Dünya üzrə ekoloji problemlərin daha da kəskinləşdiyini görürük. İstiləşmə, soyuqlaşma, yerdəyişmələr, havanın çirklənməsi həddən artıq kəskin xarakter alıb. İnsanlarda gərginliyin həddən artır çoxalaraq artması, ekonomik problemlər də sözügedən xəstəliyin çoxalmasına rəvac verir. Bu zaman gözlə görünməyən xəstəlik yayan mikroblar artır. Sanki insanlarla viruslar arasında xüsusi bir müharibə gedir və insanlar ketdikcə bu mübarizədə uduzur. Bu xəstəliklərin çoxunu xüsusi laboratoriyalarda hazırlayıblar və dünyaya yayılır. İkinci bir tərəfdən immun sisteminin zəifləməsi də prosesə təkan verir. İnsandan başqa digər xəstəlik törədən canlıların artıb çoxalmasına artıq "yaxşı" şərait yaranıb. Başqa bir tərəfdən, onu da deyim ki, sığorta təbabəti işə düşməyənə qədər insanların tez-tez ümumi yoxlamalara gəlməsi də problemlidir. Ona görə sığorta təbabəti də işə düşməlidir. Bu baş verməyində, insanlarımızın bütün tibbi yoxlamalardan keçməsi problem olaraq qalacaq".

Sizin Reklam Yeriniz