Əlaqə Arxiv
news Image
2015.01.15
14:58
| A A A
Mahir elə ataszına bənzəyir-mehriban, gülərüz, danışğan...

Uşaqlıq xatirələri hərənin yadında bir cür yaşayir. Mahirin də uşaqlığı Masallı rayonunun Təzəkənd kəndində keçib, burda yaşanıb.Yaşıdları kimi məktəbə gedib.Hər gün getdiyi yolda qayıdışı arzu dolu olub. Məktəb çantasılndaki kitab-dəftəri evdə təzədən çevirər, sabahkı dərslərə hazırlıq görər, ev tapşırığını yazardı.Günlər beləcə keçər, arzu yaddaşı hər gün bur boy ucalardı. Ata-anası gözləri önündə səhərdən axşamacan Krupskaya adına soxozda işləyərdi. Bir də uşaq Mahir görərdi tərəvəz briqadiri işləyən atası "gözdən itib", aylarla evdə olmurdu. Anasından soruşanda ki, "atam haradadır?" sualına - " O, oxumağa gedib" - deyərdi.-"Bu yaşda da heç oxumaq olar?"- sualına qəti cavab alardı:

-Bəli, olar!..

Zaman gəldi, atası Ağakərim Miriyev indiki Azərbaycan Dövlət Kənd Təsərrüfatı Akademiyasının alım aqronom fakultəsini bitirib qurtardı, sənəti üzrə böyük təsərrüfatda işlədi, fəallığı tanınıb dəfələrlə irəli çəkildi: Krupskaya adına sovxozda ştatlı partiya komitəsinin katibi, Yeddioymaq kənd xalq deputatları Sovetinin sədri işlədi... Adamlar ona müraciət etdilər, müsbət cavab aldılar. Bəzən bu xahişlər evdə təkrar olardı, övlad Mahirin gözü qarşısında...Onda anasına verdiyi sualların cavabını özü tapardı, yazı taxtası qarısındakı müəlliminin verdiyi tapşırıqları cavablandıran kimi. O, da ictimaiyyətçı kimi böyüyürdü, parta, məktəb yoldaşları ilə yaxşı ünsiyyətdə olurdu, özü də bilmədən, atası kimi...

Bu yazımdakı Mahir Miriyev 19 sentyabr 1967-ci ildə Təzəkənddə doğulub.

Mahir vaxt olur yolunu dünyanın ən iri və bahalı şəhərlərindən bir sırasında olan, Rusiya Federasiyasının paytaxtı Moskvaya salır. Çoxlu sayda fabrik-zavodları, 6 aeroportu, dəmiryol vağzalları, yüzlərlə ali təhsil müəssisəsi, muzeyli, teatr və konsert zalı, nadir tarixi və memarlıq abidəsi, özünəməxsus meydan və prospektləri olan bu şəhərin yaranma tarixi 1147 -ci ilə təsadüf edir. Moskvada müxtəlif millətlərin nümayəndələri yaşayır, təhsil alır, işləyir. Görür ki, son zamanlar postsovet məkanında baş verən dəyişikliklər Moskvadan da yan keçməyib. Ancaq yeni-yeni göydələnlər, kafelər, restoranlar, əyləncə-istirahət mərkəzlərinin durmadan artmasına baxmayaraq, şəhər əsas simasını qoruyub saxlayır. Əsası hələ XVI əsrdən qoyulan dairəvi planlaşdırma, Moskva çayının əyri yolları, şəhər məhəllələrini bir-birindən ayıran yaşıllıq sahələri, köhnə məhəllələrin qədim döngələri toxunmaz olaraq qalır. Şəhərin əvvəllər boş çöllüklər olan ətrafında yeni-yeni rayonlar, yaşıl parklar, süni meşələr salınır. Moskva həm də dünyanın ən bahalı şəhərləri sırasında illərdir birinci və yaxud Tokiodan sonra ikinci yeri tutur. Bir sözlə, Moskva Mahiri heyran edir. Moskva ətrafında yerləşən Puşkino şəhərinində məskunlaşır. Пушкино şəhərində mağazalar çoxdur, amma sevimli, belə ki, adamlara qarşı daim "qəlbi hərarətli olan" ərzaq dükanı da var. Hər dəfə "Dina" haqqında xoş söhbətlər gedir. Bu müasir, irəliləyən ticarət müəssisəsi, az qala yeganə mağazadır ki, orada həmişə çoxlu alıcısı və ən keyfiyyətli və ucuz malı olur. Sakinlərin "Dina" ilə də xüsusi şəxsi hisslər bağlayır: Çətin 90-cı illərdə o, insanları yaşatmağa kömək edirdi. Bir xarabalıq, sonra isə şüşə qabların qəbulu məntəqəsinin keçmiş tərəvəz dükanının, kiçik otaqda, Puşkinskoye küçələri ilə üzbəüz yerləşən dəmir yolu, tində isə Qriboyedovskoye küçələri yerləşən yerdə yeni mağaza açıldı. Səhərdən axşama qədər işlədi. İnsanlar kisə - kisəı qənd, konfet, peçenye və makaron, yarma alırdı. Şəhərdə yaxşı kərə yağı, pendir və başqa böyük çeşiddə, yüksək keyfiyyət və süd məhsulları, ət, balıq və bir də ən heyrətamiz, ən ucuz qiymətlərlə burada satılırdı. Xeyirxahlıq, satıcılarda insanlara qayğı hiss olunurdu. Maraqlıdır ki, şəhərlilər-puşkinlilər "Dina"nı tez tanımışlar və sevmişlər həm də uzun müddət heç bilmirdilər ki, onun sahibi kimdir. Onlar hansısa xüsusi əlamətlərə görə bildilər ki, mağazanın sahibi qarasaçlı bir gəncdir. Gülərüz, mehriban xasiyyəti var. İndi bu adamın adı puşkinlilərə yaxşı məlumdur. Mahir Miriyev bu gün nəinki məşhur və uğurlu biznesmen, həm də millət vəkili, tanınmış və hörmətli adamdır. Məhz Mahir Miriyevin "zəfər tarixi" iyirmi beş il bundan əvvəl, 1990-ci ildə başlayıb. Onda həmyerlimiz Mahir Plexanov adına İnstitutu təzə bitirmişdi...

Qeyd edim ki, 2002-ci ildə Mahir Miriyev ikinci ali təhsil alıb, Moskva Hüquq Akademiyasını bitirib-"Hüquqşünaslıq" ixtisası üzrə.

-Mən əvvəl bu mağazada direktor müavini, sonra isə direktoru ioldum. Bir də onda gördüm ki, piştaxtalarda heç nə yoxdur. 1994-ci ildə gənc sahibkar kimi dəmir yolunun yanında yerləşən binanın yarımxaraba mağazasını icarəyə götürüb və təmirdən sonra, "Dina"nı açdım. Addım-addım, yavaş-yavaş, lakin düzgün, mağaza inkişaf etmiş və genişlənmişdir. - Mahir Miriyev belə deyir...- Bir qrup amillərin alverə, ticarətə təsir göstərən uğurlu var, Mahir izah edir. Birincisi, mən aşağı qiymətləri daim saxlayıram, amma bu uğur yalnız bir hissəsidir. Elə isə biz lazımi çeşiddə (yalnız tələbat olan həmin məhsullar təklif edirik), yüksək keyfiyyətli məhsul, xidmət keyfiyyəti, sabitliyi (hər məhsuldan satmaq daim daim vitrində olmalıdır) təmin edirik və insanlara münasibət, diqqətcillik xüsusilə vacibdir. Bir sözlə, bizim müəssisənin kollektivi bu canlı və vahid, uzlaşdırılmış mexanizm qaydasıyla işləyir.

Mahir sonra danışır ki, bu illər ərzində Moskva ətrafında yerləşən Puşkino şəhəri mənə doğma olub. Ailə xoşbəxtliyimi, övladlarımı burda tapmışam. Sakinlərin, deputatı olduğum seçicilərimin qayğısı ilə yaşayıram. Problemləri haqqında istər-istəməz düşünürəm: yollar barədə, su, qaz və elektrik enerjisinin xidməti haqqında, mənzil fondun...

Sponsor yardımı göstərilməsində böyük təcrübəm var.

O, məktəblərə, uşaq bağçalarına, əlillərə, veteranlara, kilsələrə artıq çoxdan kömək edir. Qəribədir ki, o, puşkinlilərə maddi yardımın göstərilməsini öz deputat vəzifəsi hesab edir. Bir də o əmindir ki, xalqın qulluqçu olmalıdır.

Bir də o əmindir ki, xidmətçilərlə xalqının sahibkarlar olmalıdır, çünki "hər iş təşkilatın bacarığı tələb edir".

İndi təzəkəndli Mahir Ağakərim oğlu Miriyev yaşadığı və işlədiyi şəhərin tanınmış şəxsi sahbkarı - " "Dina" şirkətinin Baş direktoru olmaqla bərabər həm də tanınan ictimaiyyətçısıdir: o, "Yedinya Rosiya" partiasından deputat seçilib, 11 nəfərdən ibarət olan sahibkarlar idarə heyətinin bir üzvü, nəhayət, Ümumrusiya Azərbaycan Konqresi Moskva vilayəti Puşkino şəhəri üzrə regional sədridir. Şəkli "Şəhərin tanınmış adamları" lövhəsindədir.

Mahir Ağakərim oğlu həm də RF Dövlət Dumasında olur, orta və aşağı biznes məşğuliyyəti ilə bağlı və s. iclaslarda iştirak edir, təşəbbüslər irəli sürür.

Mahiri uşaqlığinda görmüşdüm. Rəhmətl ik atası onu da özüylə Masallıda keçirilən bayram nümayişlərinə gətirərdi...İnişil isə onunla Moskvada, İttifaqlar Evinin Sütunlu Salonunda böyük dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illiyinə həsr olunmuş təntənəli gecədə görüşdüm.

Onu, məni və rayonumuzdan olan daha 5 nəfər (ayıca onların hər biri haqqında qəzetdə söhbət açacağam) Ümumrusiya Azərbaycan Konqresi fəalını dani rəhbər Heydər Əlirza oğlu Əliyevin 90 illiyi yubileyinə dəvirincbət etmişdilər.Düz birinci cərgənin birinci sırasında əyləşmişdik.

Heydər Əliyev Fondunun, Azərbaycanın Rusiyadakı səfirliyinin və Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) təşkil etdikləri gecədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin, Rusiya ictimaiyyətinin, Moskvada akkreditə olunmuş diplomatik missiyaların nümayəndələri, Azərbaycan diasporunun üzvləri iştirak etmişlər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva təntənəli gecəni açaraq dedi ki, mayın 10-da əzəməti və böyüklüyü zaman keçdikcə daha çox başa düşülən, yaddaşımızda əbədi yaşayacaq bir insanın - Heydər Əliyevin anadan olmasından 90 il ötür. Heydər Əliyevsiz yaşadığımız bu 10 il bizə göstərmişdir ki, Ulu Öndərlə Azərbaycanın taleyi əbədi olaraq sıx çulğalaşmış, vəhdət təşkil etmişdir. Çiçəklənən, müstəqil və güclü müasir Azərbaycan elə onun ömrünün davam etməsi deməkdir. Heydər Əliyev hamını heyran qoyan, qəfil dönüşlər və cəsarətli çağırışlarla dolu parlaq bir ömür yaşamışdır. Özündən sonra Yer üzündə qoyduğu misilsiz və möhtəşəm iz onun adını dünyanın sərvətinə çevirmişdir. Onun səyləri ilə ölkəmiz əsl müstəqillik qazanmış və məhv olmaqdan qurtulmuşdur. Heydər Əliyev bu gün dünyanı özünün iqtisadi, siyasi və mədəni nailiyyətləri ilə heyrətləndirən bir Azərbaycan yaratmışdır. O, ölkəmizi dünya siyasi arenasına çıxarmış və onun nüfuzu sayəsində Azərbaycanın səsi ən yüksək kürsülərdən eşidilmişdir. Onun üçün ölkəsinin və xalqının rifahı həmişə ən başlıca məsələ olmuş və o, bütün ömrünü bu amala həsr etmişdir.

O, uzun illər dünyanın ən böyük ölkəsinin hökumətində rəhbər vəzifələr tutmuş, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra isə ölkələrimiz arasında münasibətlərin inkişafına həmişə böyük diqqət yetirmişdir. O, Rusiya Prezidenti Vladimir Putinlə dostluq və etimada söykənən münasibətləri yüksək qiymətləndirirdi, böyük rus dili və rus mədəniyyəti onun üçün həmişə əziz olmuşdur. Bu gün ölkələrimiz arasında dostluq və mehriban qonşuluq münasibətlərinin də əsası Heydər Əliyev tərəfindən qoyulmuş prinsiplərin nəticəsidir.

Əziz dostlar, Heydər Əliyev haqqında saatlarla danışa bilərəm. Onun barəsində nəhayətsiz danışmaq olar. O, qeyri-adi insan idi. Dövlət xadiminin böyüklüyü ilə sadəlik onda qeyri-adi şəkildə uzlaşmışdı. Müdriklik, mərdlik, qorxmazlıq, əzmkarlıq kimi ən gözəl keyfiyyətlər onun xarakterində cəmləşmişdi. O, istər ölkənin taleyində, istərsə də şəxsi həyatında ən ağır zamanlarda səmimi və mehriban hisslərini, xeyirxahlığını və nəcibliyini qoruyub saxlayırdı. Bununla belə öz prinsiplərindən heç vaxt əl çəkmir, açıq və mərdanə mübarizədən çəkinmir və həmişə də qalib gəlirdi. Mən Heydər Əliyevi təkcə ölkənin rəhbəri və millətin lideri kimi deyil, həm də ən sevimli, mənə əziz və yaxın adam kimi tanıyırdım. O, mənim üçün ilk növbədə baba və hər bir vəziyyətdə köməyimə çatan ən yaxşı dostum idi. Əlbəttə, bu gün həyatda onun yoxluğu mənim üçün son dərəcə ağırdır, lakin, eyni zamanda, o, həmişə yanımdadır və mən onun gücünü, müdafiəsini və məhəbbətini daim hiss edirəm. Zənnimcə, Azərbaycan xalqı da bunu hiss edir, ona qarşılıqlı məhəbbət və böyük ehtiramla cavab verir. Heydər Əliyev epoxası Azərbaycan tarixində bütöv bir dövr olmuşdur və bu dövr onun həyatdan köçməsi ilə başa çatmamışdır. Bu gün o, ölkəsinin inkişafı ilə qürur duya bilərdi. Axı, böyük siyasi xadimin və millətin həqiqi liderinin başlıca məqsədi və işi öz xalqını xoşbəxt etmək idi. Babam - böyük siyasi xadim Heydər Əliyev həyatda ən çox məhz bunu arzulayırdı.

Sonda Leyla Əliyeva babası Heydər Əliyevə həsr olunmuş şeirlər oxudu.

Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin çıxışında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin parlaq həyatından və çoxşaxəli fəaliyyətindən söz açaraq bildirdi ki, Heydər Əliyevin şah əsəri müasir müstəqil Azərbaycan və Azərbaycan dövlətçiliyidir. S.Narışkin dedi ki, Heydər Əliyevin həyat yolu və siyasi irsi təkcə Azərbaycan üçün deyil, həm də digər ölkələr, o cümlədən Rusiya üçün də dəyərlidir. Heydər Əliyevin taleyi bir çox cəhətdən Azərbaycan tarixini əks etdirir. Hələ sovet dövründə yüksək vəzifələr tutan Heydər Əliyev həm respublika, həm də ittifaq səviyyəsində yaxşı tanınırdı. O, sovet Azərbaycanına başçılıq etdiyi dövrdə onu qabaqcıl və dinamik inkişaf edən digər respublikalar sırasına çıxarmışdır. Heç şübhəsiz, Heydər Əliyev müasir Azərbaycanın təşəkkülünə sanballı töhfə vermişdir.

RF Dövlət Dumasının sədri vurğuladı ki, Heydər Əliyevin həyatının timsalında həqiqi, parlaq, müstəqil və məsuliyyətli bir şəxsiyyətin tarixdə oynaya biləcəyi rolu izləmək mümkündür. Heydər Əliyev ən ciddi və məsuliyyətli qərarları qəbul etməyi hamıdan yaxşı bacarırdı. Heydər Əliyev öz ölkəsini, xalqını çox sevirdi, ona sadiq idi, özü də millətlərarası və beynəlxalq dialoqun möhkəmlənməsinə, dostluq əlaqələrinin inkişafına çox böyük əhəmiyyət verirdi.

Biz Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin formalaşmasında onun tarixi rolunu yüksək qiymətləndiririk.

Sonra 2012-ci ildə Ümumrusiya Azərbaycan Konqresi tərəfindən təsis olunmuş Heydər Əliyev adına mükafatın təqdim edilməsi mərasimi keçirildi.

Mükafatları Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, ÜAK-ın icraçı direktoru İlqar Hacıyev, ÜAK-ın Rəyasət heyətinin üzvü Fərid Haqverdiyev təqdim etdilər.

Təntənəli gecənin bədii hissəsinin proqramı "Heydər Əliyevin sevimli əsərləri" adlanırdı. SSRİ Xalq Artisti V.Fedoseyevin rəhbərlik etdiyi P.İ.Çaykovski adına Böyük Simfonik Orkestrin müşayiəti ilə SSRİ-nin və Azərbaycanın Xalq Artisti Fərhad Bədəlbəyli, Azərbaycanın Xalq artistləri Samir Cəfərov, Murad Adıgözəlzadə, respublikanın Əməkdar Artisti Aygün Zeynalova çıxış etdilər. Gecədə Ü.Hacıbəylinin, Q.Qarayevin, F.Əmirovun əsərləri, habelə sonda Azərbaycanın Əməkdar Artisti Elçin Əzizovun ifasında M.Maqomayevin "Azərbaycan" mahnısı səslənmişdir.

İttifaqlar Evinin Sütunlu Salonunun foyesində Heydər Əliyevə həsr olunmuş fotosərgi təşkil edilmişdi. Tədbir iştirakçılarına Azərbaycan xalqının ümummilli liderindən söz açan maraqlı materialların yer aldığı "Baku" jurnalı paylandı.

Heydər Əliyevin 90 illiyi Moskvada, İttifaqlar Evinin Sütunlu Salonunun böyük təntənə ilə qeyd olundu. Böyük ziyafət təşkil olundu.Buradan Mahirlə birlikdə çıxdıq.Elə atası Ağakərimin xasiyyətində, bənzərindədir. Atasını çox yaxşı tanıyırdım. Qabaqcıl sovxozda birimiz partiya, digərimiz komsomol rəhbəri işləyirdik. Onda ömrün əsl vaxtları idi. Çox arzuladı, təkid etdi ki, (dostlarıyla birlikdə) Moskvada qalım, qonağı olum. Amma, məni həmişə kimi qarlı-şaxtalı, yağışlı-yağmurlu Murmanskda gözləyirdilər...

Sizin Reklam Yeriniz