news Image
2015.01.16
09:34
| A A A
Azərbaycanda işləyən əcnəbilərin sayı artır
Azər Allahverənov: “Artıq dünyada əmək miqrasiyası elə bir fenomendir ki, ondan milli hökumətlər maksimum yararlanmağa çalışır”

2015-ci il yanvar ayının 1-nə olan statistikaya əsasən, 2014-cü ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı 31,7 faiz artıb.

2014-cü il ərzində DSMF tərəfindən əlavə olaraq 5 425 nəfər əcnəbi vətəndaşa fərdi şəxsi hesab açılıb və nəticədə sistemdəki əcnəbilərin sayı 22 524-ə yüksəlib. Ümumilikdə 104 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Türkiyə vətəndaşları (12 033 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 2527-yə, üçüncü yerdə gələn Rusiya Federasiyası vətəndaşlarının sayı isə 1294-ə çatıb. Sonrakı yerlərdə İran, Çin, Hindistan , Pakistan və digərləri tutur. İş üçün Azərbaycaan Avropadan gələnlər də var və müxtəlif ölkələdərdən Azərbaycana gələnlərin sayı artır.

Ekspert Azər Allahverənov bildirdi ki, bu hal hələlik daxildəki məşğuluğa hansısa ciddi problem yaratmır: "Azərbaycana gələrək, burada əmək fəaliyyətilə məşğul olmaq istəyən əcnəbi miqrantlar iqtisadiyyatın elə bir sahəsinə yönəldilməlidir ki, orada onların əməyinə istər bilik və bacarıq, istərsə peşə ixtisası nöqteyi-nəzərdən ciddi ehtiyac olsun. Artıq dünyada əmək miqrasiyası elə bir fenomendir ki, ondan milli hökumətlər maksimum yararlanmağa çalışır. Ayrı-ayrı dövlətlərin bu sahədə siasətinə nəzər yetirsək görərik ki, ölkələr daha çox yüksək ixtisaslı miqrantların daxil olmasında maraqlıdır. Qonşu Rusiyada da əmək miqrantları ilə bağlı həyata keçirilən siyasət bütövlükdə ondan ibarətdir ki, həmin insanların əmək bazarındakı fəaliyyəti bir növ yerli bazarın maraqlarına xidmət etsin və əmək bazarında sosial gərginliyə səbəb olmasın. Ehtiyacı olan ixtisaslı şəxsləri kənardan cəlb etmək ümumi işin xeyrinə olan məsələdir. Amma iqtisadiyyatın elə sahələri də var ki, orada yerli kadrlar da kifayət qədərdir. Belə olan halda, xaricdən əcnəbilərin cəlb olunması heç bir məntiqə sığmır. Ona görə də dövlətlər spesifik, nadir ixtisasa malik insanların cəlb edilməsində maraqlıdır ki, onlar həm ümumi prosesin inkişafında iştirak etsin, həm də öz bilik və bacarıqlarını bölüşdürsünlər. Bu da nəticə etibarı ilə həmin istiqamətdə yerli kadrların yetişməsinə də təsir edən bir haldlr. Situasiya məhz bundan ibarətdir. Ona görə ölkəmizdə də bu tip yanaşma gündəmdə saxlanılmalıdır. Vaxtilə qanunda əmək miqrasiyası amili də öz əksini tapmışdı. Sonradan Miqrasiya Məcəlləsi qəbul olundu və məsələ burada da öz əksini tapdı. Amma reallıq onu göstərir ki, bu gün Azərbaycanda olan miqrantların böyük əksəriyyəti heç də nadir ixtisaslara malik insanlardan ibarət deyil. Onlar tikinti, xidmət, iaşə sahəsində çalışan insanlardır ki, bu istiqamət üzrə də yerli kadrlar kifayət qədərdir. Əcnəbi miqrantların bu işlərə cəlb olunmasında maraqlı qüvvə rolunda şirkətlər çıxış edir. Həmin şirkətlərin çoxu da xarici şirkətdir ki, onlar da işə götürən zaman üstünlüyü məhz xarici kadrlara verir. Bu da hardasa tam olaraq maraqlara uyğun gəlmir. Marağımız ondan ibarət olmalıdır ki, əmək bazarında sosial gərginlik yaranmasın, yerli kadrlar işlə təmin olunsun. Yerli kadrlara vakant yerlərə işçi tapılmadıqda xaricdən əcnəbilər cəlb olunsun. Bu, ideal bir sxemdir. Lakin reallıqda vəziyyət bir qədər fərqlidir. Nəticə etibarilə əcnəbilərin elə sahələrdə çalışdığını görürük ki, orada onlar özləri istəsə də, istəməsələr də, yerli kadrların yerini tutmuş olurlar. Bu da təbii ki, əmək bazarında müəyyən gərginliyin yaranmasına gətirən haldlr. Əmək bazarında sosial gərginliyin yaranması yuxarıda söylədiyim konteksdə hadisələrin inkişafına səbəb olan haldır. Yəni, yerli kadrlar olduğu halda əcnəbilərin geniş şəkildə cəlb olunması həmin sosial gərginliyə rəvac verir. Bu da ağır fəsadlardan biridir.

Xarici ölkələrdən gələnlər öz ölkələrində işsizlik üzündən başda yerlərə üz tuturlar. Belə şəraitdə yerli bazarda əcnəbilərin təmsil olunması potensial olaraq bizim kadrların itirilməsinə gətirib çıxaran haldır. Bu da təbii ki, ağır fəsadlardır.

Xarici təcrübələr də diqqət ytemək lazımdır. Məsələn, Almaniya il ərzində 100 minə qədər yüksək ixtisaslı həkim və proqramçının cəlb olunmasında maraqlıdırsa, bu, onlara uzun müddət yaşamaq imkanı yaradır. Nəticə etibarı ilə onlar həmin müddət burada yaşadıqdan sonra iqtisadiyyat bundan yararlanır. Amma müəyyən bir restoranda, gözəllik salonunda işləyən, tikinti sektorunda çalışan hansısa əcnəbi müəyyən müddət işlədikdən sonra buranı tərk edir. Burada təhsil sektorunda əcnəbilərin payını xüsusilə qeyd etmək istərdim. Onlar burada öz biliklərini bölüşə bilirlər. Məsələn, neft qaz sənayesində çalışan yüksək ixtisaslı əcnəbi mühəndislər də texnologiyaları burada tətbiq etmək və bilikləri bölüşməklə öz bəhrələrini verə bilirlər. Amma bu çox az bir spektrda olan hallardır. Bütövlükdə götürdükdə əcnəbilər əsasən ticarət, iaşə, xidmət, yəni yüksək ixtisaslı peşəkarlara ehtiyacın olmadığı sahələri tuturlar".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs