Bakıda qadın avtobusun altında qaldı
Movqe.Az xəbər verir ki, Bakıda ölümlə nəticələnən yol-nəqliyyat
hadisəsi baş verib.
Hadisə ötən gün saat 18:40 radələrində Q.Qarayev prospektində qeydə alınıb. Xəyal Əliyev idarə etdiyi "İveko" markalı avtobusla yolu keçən Bakı şəhər sakini Yeganə İmanovanı vurub.
Ağır xəsarətlər alan Y.İmanova hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Türkan Nadirqızı
Movqe.Az