Bakıda qızı döyən manyakın yeni videosu (VİDEO)
Paytaxtda məktəbli qıza naməlum şəxs tərəfindən
hücum edilib. Hadisə Bakının Xətai rayonu, Zığ şossesi məhllələrdən
birində qeydə alınıb. Movqe.az ANS
TV-nin məlumatına görə, yaxınlıqdakı məktəbdən evə üz tutan 10-cu
sinif şagirdi mənzilə daxil olmaq istəyərkən onu izləyən naməlum
şəxs tərəfindən döyülüb. Müşahidə
kameralarının lentə aldığı görüntülərə əsasən hadisə saat 12:15
radələrində baş verib. Bu zaman məktəbli qız binanın qapısından
içəri daxil olur. Az sonra onun ardınca naməlim şəxs gəlir. Bundan
sonra isə hadisə binanın liftində baş verir.Bu əməli törədən şəxs yaxınlıqdakı mağazanın müşahidə
kameralarından yan qaça bilməyib. Görüntülərdən aydın olur ki,
şübhəli şəxs əvvəlcə qızı izləyir. Daha sonra şagird binadan içəri
daxil olduqdan sonra həmin şəxs də onun ardınca bloka
girir. Cəmi üç dəqiqədən sonra
məktəbli qızı döyməkdə şübhəli bilinən şəxs binanı tərk edərək
qaçır. Mağaza satıcısının dediyinə görə, yetkinlik yaşına çatmayan
qız döyüldükdən sonra anasına zəng vurub. O dərhal mağazaya
gətirilib. Qızın üzü tanınmaz hala salınıb. Burda ona ilkin tibbi
yardım göstərildikdən sonra xəstəxanaya
çatdırılıb.Şahid Ceyran Balakişiyevanın
sözlərinə görə, qızın üzü-gözü tanınmaz halda idi. Polislər onu
götürüb apardılar: "Səhərlər evdə adam olmur. Qız dərsdən gələndə
arxasınca düşüblər. Hadisə baş verməmişdən öncə birinci qız binaya
girdi və ondan iki dəqiqə sonra oğlan girdi".Hadisə günorta saatlarında baş verdiyindən və məktəbli qızın
xəstəxanaya yerləşdirildiyindən ailə üzvlərini mənzildə tapa
bilmədik. Artıq faktla bağlı cinayət
işi başlanılıb. Əraziyə rayon hüquq-mühafizə orqanları və Bakı
Şəhər Baş Polis İdaərsinin əməkdaşları cəlb
edilib.erilən məlumata görə, bu əməli
törədən şəxs 27-30 yaşlarında olub. Və o ilk olaraq qızı liftdə
vurub, daha sonra mənzilə daxil olmaq istəyib. Hadisənin dəqiq
səbəbləri bu əməli törədən şəxsin tapılmasından sonra məlum
olacaq.
Artıq faktla bağlı şübhəli şəxsin axtarışlarına başlanılıb.
Artıq faktla bağlı şübhəli şəxsin axtarışlarına başlanılıb.