Əlaqə Arxiv
news Image
2012.07.30
22:14
| A A A
“İdeal” qəzetinin baş redaktoru həbs edildi
Movqe.Az xəbər verir ki, "İdeal" qəzetinin baş redaktoru 13 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə "İdeal" qəzetinin təsisçisi və baş redaktoru Nazim Quliyev barəsində qaldırılan cinayət işi üzrə məhkəməsi prosesi yekunlaşıb.

APA-nın xəbərinə görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesin sonunda Nazim Quliyevin əmlakı müsadirə olunmaqla 13 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi haqda qərar çıxarılıb. Hökmə əsasən, o, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttihama görə, N.Quliyev Azərbaycan Cinayət Məcəlləsinin 182.2-ci (hədə-qorxu ilə tələb etmə), 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə zor tətbiq etmə ilə törədildikdə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 221.1-ci (xuliqanlıq), 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə təqsirli bilinib.

Dövlət itihamçısı N.Quliyevin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz