Ölkədə hava şəraiti yenidən kəskin pisləşəcək.
Bakıda və Abşeron yarımadasında yanvarın 17-də buludlu hava şəraiti üstünlük təşkil edəcək.
Movqe.az-ın Lent.az-a istinadənməlumatına görə, havanın arabir
yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir
güclənəcək. Havanın temperaturu gecə 1-3, gündüz 5-8 dərəcə isti
olacaq.
Rayonlarda havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi
rayonlarda qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında
yağıntının intensiv olma ehtimalı var. Qərb küləyi ayrı-ayrı
yerlərdə arabir güclənəcək. Aran rayonlarında havanın
temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz
5-10 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3 dərəcə
şaxtadan 2 dərəcə isti olacaq.
Sabahdan yanvarın 19-dək ölkə ərazisində hava şəraitinin
qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və
dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək,
ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən
günlərlə müqayisədə 2-5 dərəcə aşağı enəcək.