Əlaqə Arxiv
news Image
2012.07.30
19:25
| A A A
IV ixtisas qrupu üzrə keçid balı olduğu kimi qaldı
Movqe.Az xəbər verir ki, 4-cü ixtisas qrupu üzrə ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər ixtisas seçimində iştirak edə bilərlər. 

Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Aqrar ixtisaslar üzrə ixtisas seçiminə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılacaqlar.

Qeyd edək ki, bu haqda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi saytı məlumat yayıb.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz