news Image
2015.01.16
15:25
| A A A
Səbail rayonunda 20 Yanvar faciəsinin 25-ci ildönümü geniş qeyd olunur

20 Yanvar faciəsindən artıq iyirmi beş il ötür. Xalqımızın qan yaddaşına yazırmış bu tarixi faciə ölkəmizin hər yerində olduğu kimi paytaxtımızın Səbail rayonunun idarə və təşkilatlarında, ali və orta təhsil müəssisələrində geniş qeyd olunur.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərinin "20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında" sərəncamı əsasınnda Səbail rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər hazırlanmış və faciənin ildönümünün geniş şəkildə qeyd olunması nəzərdə tutulmuşdur. Rayonun ali və orta təhsil müəssisələrində tədbirlər keçirilir. Faciənin ildönümü ərəfəsində rayondakı muzey və sərgi salonlarında foto sərgilər təşkil olunmuş, orta məktəblərin foyelərində Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar foto stendlər düzəldilmiş, inşa yazıları, rəsm, şer müsabiqələri keçirilir, divar qəzetləri buraxılmışdır. Hər bir məktəbdə anım mərasimləri, yığıncaqlar, toplantılar keçirilir, şagird və tələbələrin "Şəhidlər Xiyabanı"na ziyarəti təşkil olunur. Movqe.az xəbər verir ki, faciənin ildönümü ərəfəsində rayondakı bütün təhsil müəssisələrində keçirilən birinci dərslər Qanlı Yanvar faciəsinə həsr edilmişdir.

Xalqımızın inanc yeri olan "Şəhidlər Xiyabanı" Kompleksində Səbail rayon İcra Hakimiyyəti tərəfindən "20 Yanvar" cəmiyyəti və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsinin qərərgahları üçün inşa olunmuş inzibati binada rayon rəhbərliyi, rayonun ictimai təşkilatlarının, Sosial Müdafiə Fondu, "20 Yanvar" cəmiyyəti, Veteran Təşkilatları Şurasının və Qızıl Aypara Cəmiyyəi rayon bölməsinin nümayənlərinin iştirakı ilə rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı əlil olmuş rayon sakinləri ilə "Şəhidlər Xiyabanı"ndakı görüş keçirilmişdir. Görüş torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qeyd etmişdir ki, bu faciə xalqımızın qan yaddaşında əbədi həkk olunmuşdur. Keçmiş Sovet İmperiyası ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhramanları olmuşlar. Ümummilli Liderimiz Heydər Əliyev hər zaman 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələri, əlil olmuş vətəndaşlarımıza diqqət və qayğısını əsirgəməmişdir. Onun səyləri ilə faciə qurbanlarının ailələri və 20 Yanvar əlilləri dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunmuşlar. Natiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslərə qayğının hər zaman diqqət mərkəzində olduğu, onlara verilən təqaüd və müavinətlərin artırıldığı və bu artımın gələcəkdə də davam olunacağı qeyd edilmişdir.

Rayon İcra Hakimiyyətinin Başçısı şəhid ailələri və 20 Yanvar əlillərinin məişət qayğıları və problemləri ilə maraqlanmışdır.

Şəhid ailələri və əlillər adından çıxış edənlər onlara olan diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

Tədbirin sonunda RİH tərəfindən şəhid ailələri və əlillərə maddi yardım göstərilmiş və ərzaq bağlamaları təqdim olunmuşdur.

Tədbirdə qeyd olunmuşdur ki, yanvarın 20-də rayondakı Bibiheybət ziyarətgahında və İçəri şəhərdəki "Cümə məscidi"ndə şəhidlərin xatirəsinə dualar oxunacaq və ehsanlar veriləcəkdir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs