news Image
2015.01.16
17:21
| A A A
Azərbaycanda bir ildə 1300-dən çox adam qidadan zəhərləndi

Ötən il ərzində Azərbaycanda 1308 nəfər qidadan zəhərlənib. Azərbaycan Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən (RGEM) verlən xəbərə görə, ötən il Azərbaycanda 1170 qida zəhərlənməsi hadisəsi baş verib. Bu müddətdə 23 botulizm hadisəsi baş verib. Nəticədə 41 nəfər zərər çəkib. Botulizm nəticəsində 2 nəfər dünyasını dəyişib. Ölüm hadisələrinin biri Ağabədidə, digəri Şirvanda baş verıb. Hər iki hadisəyə ev şəraitidə hazırlanmış pomidor turşusu səbəb olub. Əvvəlki illərdə olduğu kimi, ötən ildə də zəhərlənmə hadisələri əsasən məişət şəraitində baş verib. Qida zəhərlənmələrinin ümumi sayında kütləvi zəhərlənmələrin payı çox az olub. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs