news Image
2015.01.17
11:00
| A A A
Bakı küçələrində 6 sərxoş qadını saxlanıldı
Ötən gecə Bakının küçələrində yol polisi növbəti reyd keçirib. Reydin əsas məqsədi paytaxt küçələrində hərəkətin qanuni şəkildə təşkil edilməsi olub.

Movqe.az Milli.az-a istinadən bildirir ki, reyd zamanı ən çox rast gəlinən qayda pozuntusu sürücülərin sərxoş halda sükan arxasında oturması olub. Saxlanılan sürücülər tibbi eskperizadan keçirildikdən sonra barələrində hüquqi ölçü götürülüb.

Reydlərə paytatxın Nizami, Nəsimi, Binəqədi rayon Yol Patrul Xidməti əməkdaşları da cəlb edilmişdilər.

Reyd zamanı 60-dən çox sürücü saxlanılıb. Tədbirin yekununda bəlli olub ki, saxlanılanların böyük əksəriyyəti sərxoş sürücülər olub. Bakı şəhər DYP İdarəsinin şöbə rəisiVaqif Əsədovsərxoş sürücülərdən 6 nəfərinin qadın olduğunu, həmçinin saxlanılanlardan 11 nəfərin avtoxuliqan olduğunu deyib.

Paytaxt polisinin keçirdiyi bu cür reydlərin mütəmədi olaraq davam etdiriləcəyi bildirilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs