Əlaqə Arxiv
news Image
2015.01.19
17:43
| A A A
Binəqədidə hesabat yığıncağı keçirildi

Rayon İcra Hakimiyyətinin başçısının Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2014-cü ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirib. Movqe.az xəbər verir ki, Mərkəzi Mədəniyyət evində  hesabat yığıncağında rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, rayon icra strukturlarının rəhbərləri və 145 nəfər qəsəbə sakini iştirak edib.Yığıncağı Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verib. Sonra Rayon İcra Hakimiyyətinin başçısının Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elxan Əliyev hesabat məruzəsi ilə çıxış edib. Məruzə ətrafında qəsəbə sakinlərindən Zivər Abbasova, Elçin Eminov, İsfəndiyar Əbdüləzimov, Gülabbas Pirverdiyev, Mətanət Nəsibova və başqaları çıxış edərək öz münasibətlərini bildirdilər. Hesabat yığıncağının sonunda qərar layihəsi oxunub.





















Sizin Reklam Yeriniz