Əlaqə Arxiv
news Image
2015.01.21
10:55
| A A A
ASAN-da vətəndaşların işini çətinləşdirən qurum
Azərbaycanda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) yaranması ölkədə vətəndaşlara daha rahat və şəffaf xidmətlərin göstərilməsi baxımından dönüş yaradaraq işimizi asanlaşdıran ünvana çevrilib. Amma ASAN xidmət mərkəzlərində bəzi xidmətləri ilə  təmsil olunan qurumlar yarıtmaz işləri ilə vətəndaşları ən asan və rahat xidmət aldığı ASAN Xidmət Mərkəzlərindən incik salırlar. Vətəndaşlar kommunal sektorda xidmət göstərən qurumların xidmətlərinin ASAN Xidmətdə göstərilməsini rəğbətlə qarşılasalar da, "Azəriqaz" İstehsalat Birliyinin xidmətlərinin ASAN xidmət Mərkəzlərində göstərilməsi üçün bir əməkdaşın ayrılmasının onların işini çətinə saldıqlarından şikayətlənirlər. Movqe.az-a bu barədə danışan vətəndaşlar bildiriblər ki, ASAN Xidmətin qayəsi vətəndaşa vaxt itgisi sərf etmədən problemini cəld və rahat həll etmək üçün yaradılmış bir ünvan olsa da, "Azəriqaz" İstehsalat Birliyinin H. Əliyev küçəsində yerləşən Xidmət Mərkəzində u qurumun bir nümayəndəsinin təmsil olunması onları bu ünvanda saatlarla növbə gözləməyə məcbur edir: "Tutaq ki, biz itirilmiş smart kartın bərpası üçün öz yaşadığımız ərazidəki QİS-də  bu kartı 10 dəqiqəyə alırdıqsa,indi bu Mərkəzdə bunun üçün saatlarla növbə gözləməliyik. Yaxudda kartın yaddaşı pozulubsa yeni yaddaşın yazılması üçün 67-80-cı adam kimi növbədə dayanmağa məcbur oluruq. Halbuki bu problemi həll etmək 5 dəqiqə vaxtımızı alırdı. Səbəb isə bu qurumun ASAN Xidmət Mərkəzlərində bir nümayəndəsinin təmsil olunmasısıdır. İndi məcburi köçkünlər də limitləri üçün bu Mərkəzlərə müraciət etdiklərindən biz saatlarla kiçik problemin həlli üçün növbədə dayanırıq. Xəstə, uşaqlı, hamilə, işləyən  insanlar təbii ki, bu qədər növbədə dayana bilmir, məcbur olub növbəti gün yenidən gəlirlər".
H. Əliyev ünvanındakı ASAN Xidmət Mərkəzində vətəndaşlar ikinci problemin "Azəriqaz"la bağlı müraciət edən vətəndaşlara elektron növbəlik sisteminin qurulmaması ilə bağlıdır : "Bu şöbəyə yaxınlaşan vətəndaşlara kağız variantda növbə talonu paylanır. Ötən gün bir nəfər yaşlı kişi hamıdan gec gəlsə də başqa vətəndaşın növbəsinə keçərək problemini həll etdi getdi. Bundan qəzəblənən növbəsi olan vətəndaş acıq edib bu məkanı tərk etdi. Belə problemlər həll olunsa ASAN Xidmət insanlar arasında qazandığı etibarı itirməz, sadə vətəndaş üçün təmənnasız yüksək keyfiyyətlə xidmət göstərən ünvan kimi həmişə alqışlanar".
Qeyd edək ki, hazırda "Azəriqaz" İstehsalat Birliyi aşağıdakı xidmətləri ilə ASAN Xidmət Mərkəzlərində təmsil olunur.
 1) İtirilmiş smart kartın bərpası. Bu xidmət üçün bazada qeydiyyatda olan abonentin şəxsən özü tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsinin əsli və yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən vətəndaşın şəxsən özü tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsinin əsli, smart tipli sayğacın nömrəsi və yaxud abonent kodu tələb olunur. Kartın dəyəri 5 manatdır;
2) Artıq qeydiyyatda olan və yerli Qaz İstismar Sahəsində təsdiq olunmuş məcburi köçkün abonentlərinin limitlərinin verilməsi. Bu xidmət üçün bazada qeydiyyatda olan abonentin şəxsən özü tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsinin əsli və yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən vətəndaşın şəxsən özü tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsinin əsli, eləcə də smart kart tələb olunur. Xidmət üçün heç bir rüsum tələb olunmur;
3) Saldoların çap olunması və borc haqqında məlumatın verilməsi. Bu xidmət üçün bazada qeydiyyatda olan abonentin şəxsən özü tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsinin əsli və yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən vətəndaşın şəxsən özü tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsinin əsli, eləcə də smart kart tələb olunur. Xidmət üçün heç bir rüsum tələb olunmur;
4) Smart tipli sayğaclardan istifadə edən abonentlərin şəxsi məlumatlarında dəyişikliklərin edilməsi. Bu xidmət üçün bazada qeydiyyatda olan abonentin şəxsən özü tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsinin əsli və yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən vətəndaşın şəxsən özü tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsinin əsli, smart kart, həmçinin mülkiyyəti təsdiq edən sənədlərin əsli (mülkiyyətin qeydiyyat vərəqəsi və yaxud alqı-satqı müqaviləsi) tələb olunur. Xidmət üçün heç bir rüsum tələb olunmur;
5) Smart tipli sayğacların istismarı ilə bağlı məlumatın verilməsi. Bu xidmət üçün sənəd və rüsum tələb olunmur.
Sizin Reklam Yeriniz