Əlaqə Arxiv
news Image
2012.07.31
12:19
| A A A
Ölümcül ilan sancmasını belə görüntülədi

Movqe.az xəbər verir ki, vəhşi təbiət fotoqrafı Mark Laitanı dünyanın ən təhlükəli ilanı sancıb. Ölümcül dişləməni hiss etməyən Laita o anı təsadüfən görüntüləyib.

Fotoqraf Mark Laita son layihəsi üçün ilan fotoşəkilləri çəkirdi. "Serpentine" adını verdiyi layihəsinin ən nadir kadrında dünyanın ən təhlükəli ilanlarından biri olan qara mamba tərəfindən yaralanıb.

Mamba zəhərini axıtmadığı üçün dişləməni hiss etməyən Laita həmin anı təsadüfən çəkdiyi  fotoşəkildə görüb.

ABŞ fotoqrafı yaşadığı təcrübəsi "New Scientist" jurnalına paylaşıb. Layihəsi üçün əlinə aldığı mamba qıçını çalanda hiss etmədiyini söyləyən Laita sözlərinə belə davam edib: "Qara mamba haqqında araşdırmalardan bir neçə gün sonra o gün çəkdiyim fotoşəkillərə baxdım və ilanın məni çaldığını gördüm."

Dünyanın ən sürətli ilanı olan qara mamba zəhəriylə bir fili belə öldürə bilir.

Sizin Reklam Yeriniz