news Image
2015.01.21
13:19
| A A A
Sabahın hava proqnozu açıqlandı

Yanvarın 22-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Movqe.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, zəif duman olacağı, səhər və gündüz çiskin müşahidə ediləcəyi, yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-3, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir. Sabah Azərbaycanın qərb rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, şimal və şərq rayonlarının bəzi yerlərində yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs