news Image
2012.07.31
12:11
| A A A
İngilis gənclər chr("39")ölümə tullanırchr("39")

Movqe.az xəbər verir ki, İngiltərədə gənclər arasında son günlərdə məşhur olan "ölüm atlayışı oyunu" xüsusilə valideynlər arasında narahatlıq yaradıb. Liman divarlarından dənizə tullanan gənclərdən bu günə qədər 19-u həyatını itirib.

Plymouth şəhərindəki "Dead Man" tünd "ölüm atlayışı"nı reallaşdırmaq istəyən gənclərin diqqət mərkəzində olan, son 20 metr yüksəklikdən atlayan gənc ətrafdakıların çaşmış baxışları arasında sudan zərər görmədən çıxmağı bacarıb.

Sahil təhlükəsizlik səlahiyyətlilərinin şərhlərinə görə 7 ildə 19 adamın həyatını itirdiyi "Dead Man"da bu il 3 ölüm və 3 yaralanma baş verib.

Yüksəklikdən atlayan gənclər suya düzgün şəkildə düşməlidir. Səlahiyyətlilər ən kiçik bir səhvin belə atlayanların həyatlarını itirmələrinə ya da şikəst olmalarına səbəb olacağı üçün ehtiyatlı olmağı vurğulayır.

Sahil təhlükəsizlik səlahiyyətlilərinə görə, quraq havalarda azalan su səviyyəsi səbəbiylə atlayışlar daha təhlükəli hal ala bilir. Su altındakı görülməyən təhlükəli qayalar macərapərəst gənclərin yaralanmalarına ya da şüur itkisi yaşamalarına səbəb olur.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs