news Image
2015.01.21
22:03
| A A A
İran prezidenti: Müsəlmanların hisslərini təhqir etmək kafirlikdir

"İran "Charlie Hebdo"ya hücumu kəskin şəkildə qınayır".

İran prezidenti Həsən Ruhani bəyan edib ki, müsəlmanların hisslərini təhqir etmək, kafirlik və təxribat fəaliyyətini söz azadlığı adlandırmaq olmaz, İran İslam Respublikasının agentliyi (İRNA) bildirib.

İran mədəni inqilabın Ali Şurasının üzvlərinin yığıncağında çıxış edən Ruhani, Məhəmməd peyğəmbərin "Charlie Hebdo"da dərc edilən karikaturalarına dair təəssüfünü bildirib, o, söz azadlığı naminə dərc edilən karikaturaların faktiki olaraq bütün dünyada milyardlarla müsəlmanın hisslərini təhqir etdiyini vurğulayıb.

Movqe.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, İran prezidenti hesab edir ki, bu qəbildən olan davranış ekstremizmi alovlandırır və müsəlmanlar ilə dünya arasında qeyri-sağlam münasibətə səbəb olur.

Bununla yanaşı, Ruhani bəyan edib ki, İran "Charlie Hebdo"nun Parisdəki redaksiyasına hücumu kəskin qınayır və bu hərəkətin istər islam dini, istərsə də müsəlmanlarla əlaqəsi olduğunu hesab etmir.

İran prezidenti din adına terror aktlarını və qətlləri yolverilməz hesab edir.

O vurğulayıb ki, islamı qorumaq adı altında zor tətbiq olnursa, onlar müqəddəs dinə xəyanət edirlər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs