Əlaqə Arxiv
news Image
2015.01.25
10:10
| A A A
Yanvarın 25-nə olan hava proqnozu
Movqe.az xəbər verir ki , Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, cənub-şərq küləyi əsəcək, arabir 15-17 m/s-yə çatacaq.

Havanın temperaturunun gecə 1-3° isti, gündüz 4-7° isti, Bakıda gecə 1-3° isti, gündüz 4-6° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasındahavanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Temperaturun gecə 3-8° şaxta, dağlıq ərazilərdə 10-14° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarındahavanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Temperaturun gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarındahavanın arabir yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarındahavanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Temperaturun gecə 0-5° şaxta, gündüz 0-4° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarındahavanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-9° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarındahavanın arabir yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək. Temperaturun gecə 2-4° isti, gündüz 4-8° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.
Sizin Reklam Yeriniz