news Image
2015.01.25
13:05
| A A A
Böyrəyindən kərgədan kimi daş çıxdı

Sudanda qaçqın düşərgəsində 23 yaşlı gəncin böyrəyindən 5 santimetr böyüklüyündə kərgədan fiquruna bənzəyən bir daş çıxıb.

Movqe.az Milli.Az-a istinadən bildirir ki, Sudanda doqquz ay boyunca könüllü həkimlik edən İzmirli həkim Dəniz Arslan qaçqın düşərgəsində yaşayan 23 yaşlı gəncin böyrəyindən 5 santimetr böyüklüyündə eynilə kərgədan fiquruna bənzəyən daş çıxarıb.

2006-ci ildə baş nazir olan Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə istehsalına başlanan Sudan Nyala Türkiyə Təhsil və Araşdırma Xəstəxanası bölgədə xalqın son ümid yeridir. Dəniz Arslan 3 milyon yarım əhalisi olan bölgədə tək uroloq olduğunu və su çətinliyi səbəbindən uşaqlarda belə böyrək daşı xəstəliyi tez-tez qeydə alındığını bildirib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs