Əlaqə Arxiv
news Image
2012.07.31
22:02
| A A A
Azərbaycanda yanğın 1 milyonu batmasına səbəb oldu
Movqe.Az xəbər verir ki, Azərbaycanda baş verən yanğın, 1 milyonun batmasına səbəb olub. 

Hadisə Mingəçevirdə qeydə alınıb. Hadisə nəticəsində 1 yaşayış evi və 5 mağaza kül olub. Yanğın ərzaq və tikinti mallarının topdansatış mərkəzində yanğın baş verib.

Qeyd edək ki, hadisə Xocalı küçəsindəki topdansatış mərkəzlərindən birində baş verib. Təqribən 500 kv. metrlik mərkəz malları ilə birlikdə yanaraq külə dönüb. Gecə saat 12 radələrində başlayan yanğını səhər saat 4-də söndürmək mümkün olub. Yanğın az müddət ərazidə digər mağazalara da keçib. FHN-in Mingəçevirdəki Dövlət Yanğından Mühafizə Xidmətinin bütün texnika və canlı qüvvələri əraziyə cəlb olunsa da, alovlu ram etmək mümkün olmayıb. Ərazidə 3-cü dərəcəli yanğın elan olunub. Hadisə yerinə ətraf rayonlardan da yanğınsöndürən avtomobillər cəlb olunub. Güclü yanğın Nargilə Həsənovaya məxsus 3-mərtəbəli fərdi yaşayış evinə də keçib. Nəticədə binanın 3-cü mərtəbəsi tamamilə yanıb.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz