Əlaqə Arxiv
news Image
2015.01.26
12:36
| A A A
Nazirlikdən "Təhsil" televiziyası ilə bağlı açıqlama
"Uşaq və gənclərin intelektual fəaliyyətlərinin dəstəklənməsi və cəmiyyətin inkişafında təhsilin rolunun daha dərindən dərk olunması məqsədi ilə onlayn "Təhsil" televiziyasının yaradılması məsələsi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı"ında öz əksini tapıb. Bu kanal uşaq və gənclərin intelektual fəaliyyətlərinin dəstəklənməsi və cəmiyyətin inkişafında təhsilin rolunun daha dərindən dərk olunması məqsədi ilə təşkil olunacaq.Təhsil kanalının yaradılması ilə bağlı müxtəlif təcrübələr var. Bu təcrübə əsasən uşaq və gənclərin intelektual fəaliyyətlərinin dəstəklənməsi üçün müxtəlif onlayn kanalların yaradılmasını nəzərdə tutur".

Bu sözləri bu gün nazirlikdə keçirilən mətbuat konfransında  nazirliyin mətbuat xidmətinin rəhbıri Cəsarət Valehov Movqe.az-ın sualına cavabında söyləyib. Onun sözlərinə görə, televiziyanın 2015-2016 illər ərzində yaradılması nəzərdə tutulub və bu işləri Təhsil Nazirliyi həyata keçiriləcək. C. Valehov onu da qeyd edib ki, onlayn kanlada intellektual baxımdan səmərəli təlimlər, video resurslar, müxtəlif intellektual oyunlar elektron dərsliklər, video resurslar, internet əsaslı intellektual oyunlarının hazırlanması da nəzərdə tutulub.



Sizin Reklam Yeriniz