news Image
2015.01.27
11:58
| A A A
Xaricdə oxumaq istəyən azərbaycanlılar üçün yeni şans

Rumıniya hökuməti azərbaycanlı gənclər üçün 2015-2016-cı tədris ili üçün təqaüd proqramı elan edib

Movqe.az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, təqaüd proqramı bakalavr, magistratura, doktorantura səviyyələrində siyasi və idarəçilik elmləri, təhsil sistemi sahəsi, Rumıniya mədəniyyəti və sivilizasiya, jurnalistika, qaz və neft sahəsi, texniki sahələr, kənd təsərrüfatı sahəsi, baytarlıq, memarlıq, incəsənət, musiqi ixtisasları üzrədir.


Proqram çərçivəsində 85 nəfər oxuya bilər. Təhsil almaq istəyənlər üçün yaş məhdudiyyəti qoyulmayıb.


Proqram çərçivəsində təhsil almaq istəyənlər üçün son müraciət tarixi martın 15-dir. Bütün ərizə formaları Rumıniyanın Azərbaycandakı diplomatik nümayəndəliyinə və ya Azərbaycanın Buxarest şəhərindəki diplomatik nümayəndəliyi vasitəsilə Rumıniya Xarici İşlər Nazirliyinə təqdim edilməlidir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs