Əlaqə Arxiv
news Image
2015.01.27
16:49
| A A A
Azərbaycanda qadınlarla bağlı MARAQLI STATİSTİKA

Daha çox qadın sahibkarlar Qərb bölgəsinin payına düşür

Sahibkarlıqla məşğul olan fərdi sahibkarların 81,0 faizini kişilər, 19,0 faizini isə qadınlar təşkil edib.Movqe.az-ın məlumatına görə, qadınlar "Ticarət; nəqliyyat vasitələrinin təmiri" fəaliyyəti sahəsində fərdi sahibkarların 39,6 faizini, "Digər sahələrdə xidmətlərin göstərilməsi"ndə 20,2 faizini, "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq"da 17,7 faizini təşkil edir.

Sahibkar qadınların 39,4 faizi Bakıda, 16,3 faizi Aran, 15,0 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçiblər. Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə bölgüsündən aydın olur ki, Bakıda (21,9%), habelə Gəncə-Qazax (22,6%) və Şəki-Zaqatala (20,6%) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.

Statistik vahidlərin Dövlət registrinə daxil edilən, torpaq payı almış ailələrin sayı 850 mini keçib. Bu da ölkədə torpaq payı alanların 98,0 faizini təşkil edir

Sizin Reklam Yeriniz