Əlaqə Arxiv
news Image
2015.01.28
16:05
| A A A
Birinci xanım ərəbləri qəzəbləndirdi

ABŞ prezidenti Barak Obama, Səudiyyə Kralı Abdullahın ölümü səbəbiylə başsağlığı çatdırmaq və yeni Kral Selman ilə görüşmək üçün dünən Hindistandan Səudiyyə Ərəbistanının paytaxtı Riyada keçib. ABŞ rəhbərinə yoldaşlıq edən Mişel Obamanın ziyarət əsnasında başını örtməməsi isə bəzi Səudiyyə ərəbistanlıları qəzəbləndirib..


Movqe.az xəbər verir ki, Obama, hava limanında Səudiyyə Kralı Selman, vəliəhd Şahzadə Mukri min Əbdüləziz, ikinci vəliəhd və Daxili İşlər naziri Şahzadə Məhəmməd bin Nayifin ərəfindən rəsmi mərasimlə qarşılanıb.



Michelle Obama səfərdə şalvar üzərinə uzun pencək geyinib, bəzi Qərb qadın qonaqların etdiyi kimi başını örtməyib.


Ancaq Vaşinqton Postun xəbərinə görə, birinci xanımın başını örtməməsi bəzi Səudiyyə Ərəbistanlı vətəndaşları hirsləndirib. Mişel Obamanın bu davranışını tənqid edən Səudiyyəlilər, ABŞ-lı birinci xanımın 2010-cu ildəki İndoneziya ziyarətində başını örtdüyünü xatırladıb, eyni hörməti Riyadda göstərməməsinə etiraz edib.



Riyaddakı mərasimdə bəzi üst səviyyə Səudiyyə səlahiyyətlilərin Mişel Obamanın əlini sıxmadığı görülüb.



Sizin Reklam Yeriniz