Əlaqə Arxiv
news Image
2015.01.29
11:00
| A A A
Mart ayında bayramlarla əlaqədar 9 gün iş olmayacaq - RƏSMİ

Azərbaycanda Novruz bayramı vaxtı 7 gün iş olmayacaq 

Bu ilin mart ayındakı bayramlarla əlaqədar 9 gün qeyri-iş günü olacaq.Lent.az-ın məlumatına görə, martın 8-i (Beynəlxalq qadınlar günü) bazar gününə təsadüf etdiyi üçün, martın 9-u qeyri-iş günü hesab ediləcək.

Bundan başqa Novruz bayramında ölkə əhalisi bir həftə (7 gün) istirahət edəcək. Belə ki, Novruz bayramı ilə əlaqədar martın 20-dən 24-dək qeyri-iş günləridir. Lakin martın 21 və 22-si şənbə və bazar günlərinə təsadüf etdiyi üçün 25-i və 26-sı da qeyri-iş günü olacaq.

Qeyd edək ki, Əmək Məcəlləsinə əsasən, bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur. 

Sizin Reklam Yeriniz