news Image
2012.08.01
12:56
| A A A
Diqqət! Azərbaycanda sürücülərin nəzərinə!
Movqe.Az xəbər verir ki, Azərbaycanda "Təmiz hava" aylığına start verilib. 

Azərbaycan Respublikasının Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata əsasən, avqustun 1-dən İdarə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə atmosfer havasının çirklənməsinin qarşısını almaq məqsədilə "Təmiz hava" aylığına başlayıb.

Qeud edək ki, "Təmiz hava" aylığına görə, atmosfer havasının çirkləndirilməsi inzibati məsuliyyət yaradır və İnzibati Xətalar Məcəlləsinin 155.2.1-ci maddəsi ilə nəqliyyat vasitəsini idarə edən şəxs 30 manat cərimə edilir. Məcəllənin 80.2-ci maddəsinə görə isə ətraf mühitə tullantılarında müəyyən edilmiş normadan artıq çirkləndirici maddə olan nəqliyyat vasitəsinin istismara buraxılmasına görə fiziki şəxslər üçün 500-1000, hüquqi şəxslər üçün 7500-10000, vəzifəli şəxslər üçün 2500-3500 manat məbləğində cərimə nəzərdə tutulur.

Türkan Nadirqızı

Movqe.Az