news Image
2015.01.29
17:15
| A A A
Azərbaycan prezidenti “Şahdağ” qış-yay turizm kompleksində olub

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva "Şahdağ" qış-yay turizm kompleksində olublar. Movqe.az-ın məlumatına görə, dövlət başçısı və xanımı "Park Chalet Shahdag" otelinin, həmçinin kompleksin 1 nömrəli kanat yolunun və xizək enişinin açılışlarında iştirak ediblər. Prezident  İlham Əliyev otelin rəmzi açılışını bildirən lenti kəsib. Sonra dövlət başçısı və xanımı otel nömrələri ilə tanış olublar. Otellə tanışlıqdan sonra prezident İlham Əliyev kollektivlə görüşüb. Prezident və xanımı həmçinin "Şahdağ" qış-yay turizm kompleksinin 1 nömrəli kanat və xizək enişinin açılışında iştirak ediblər. Dövlət başçısı 1 nömrəli kanat yolunu işə salıb. Dövlət başçısı və xanımı kanat yolunu sınaqdan keçiriblər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs