news Image
2015.01.31
11:00
| A A A
Azərbaycandan keçəcək yeni nəqliyyat dəhlizi yaradılır
Natiq Cəfərli: “Azərbaycan tranzit ölkə kimi ciddi dividend əldə etmək şansı qazanır” Samir Əliyev: “Burada əsas məqsəd ölkələr arasında ticarət dövriyyəsinin artılmasına nail olmaqdır”

Yeni "İpək yolu" gəlir. Bunun anonsu Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirləri Aşqabadda keçirilən görüşündən sonra qəbul edilən birgə bəyanatda verilib. Nazirlər ölkələrinin böyük nəqliyyat-tranzit imkanlarını nəzərə alaraq nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlığın inkişafına mühüm əhəmiyyət verdiklərini deyiblər. Nəqliyyat sahəsində əməkdaşlığın inkişafı və üç ölkənin imkanlarının maksimal şəkildə istifadəsi üçün Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizinin yaradılması məsələsinə baxılıb.

İqtisadçı-ekspert Natiq Cəfərli bu xüsusda bildirir ki, əslində, bu dəhlizin əsas iştirakçı ölkələri Azərbaycan, Gürcüstan və Türkiyədir: "Bakı-Tiflis-Qars dəmiryolu üzərində qurulmuş bir dəhlizdir. Onsuz da Türkmənistandan Azərbaycanın yeni liman ərazisinə bərə yolu ilə qatarları gətirmək mümkündür. Söhbət ondan gedir ki, bu infrastrukturun hazır olması üçün əlavə xərcə ehtiyac qalmayacaq. İnfrastruktur demək olar ki, hazırdır. Burada söhbət keçmiş "İpək yolu"nun üzərində olmuş marşurutdan söhbət gedir. Çox güman ki, tək bu ölkələrdən keçən yox, gələcəkdə Çinə qədər uzana biləcək dəhlizdir. Əgər söylənilən baş verərsə, "İpək yolu"nun yenidən canlanmasını görəcəyik. Hesablamalar da bunun üzərində qurulub. Düzdür, Əfqanıstanın yer aldığı bu dəhlizdə o qədər də ciddi iqtisadi əhəmiyyəti yoxdur. Amma simvolik olaraq böyük əhəmiyyətə malikdir. Çünki, sonradan Hindistanın, Çinin də bu dəhlizə qoşulması mümkündür. Bunlar qoşulsalar, dəhlizin böyük iqtisadi potensialı yaranacaq. Azərbaycan da bununla tranzit ölkə kimi ciddi dividend əldə etmək şansı qazanır".

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirdi ki, bu ölkələr qədimdə mövcud olmuş "İpək yolu"nun üzərində dayanan ölkələrdir: "Yəni, bu, sınaqdan çıxmış marşurutdur. Bu gün də nəzərdə tutulan dəhliz həmin ticarət yoluna paralel olaraq yaradılır. Burada əsas məqsəd, həmin ölkələr arasında ticarət dövriyyəsinin artılmasına nail olmaqdır. Həm də həmin dəhliz vasitəsi ilə Çin və Yaponiya kimi iri ölkələrlə əlaqələri gücləndirməkdir. İstənilən halda həmin dəhlizin nə qədər səmərəli olduğunun yoxlamağa ehtiyac var. Ancaq belə bir razılıq əldə oluunbsa, deməli, əvvəlcədən dəhlizin ticarət münasibətləri üçün faydalı olduğu əsaslandırılıb. Ona görə də belə bir ticarət dəhlizinin yaradılmasını ölkəmiz üçün mübət dəyərləndirmək olar. Əsas odur ki, dəhliz boş qalmasın. Daim bu dəhliz vasitəsi ilə hansısa ticarət dövriyyəsi həyata keçirilsin".

Ekspert əlavə etdi ki, söhbət bu dövlətlərdən gedirsə, bunlar kifayət qədər strteji əhəmiyyətə malik olan ərazilərdə yerləşir: "Çin, Yaponiya, cənub-şərqi Asiya ölkələri bu dəhlizdən istifadə edə bilərlər. Coğrafi baxımdan həmin ölkələrə yaxın ölkələr bu dəhlizə qoşula bilərlər".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs