Əlaqə Arxiv
news Image
2015.01.31
18:06
| A A A
Fransada Wi-Fi yasaqlandı
Fransada uşaq bağçalarında naqilsiz internet təminatçısı Wi-Fi (Wireless Fidelity) yasaqlandı.

Movqe.az Milli.Az-a  istinadən xəbər verir ki, buna cihazın yaydığı elektromaqnetik şüaların uşaqlar üçün daha təhlükəli olması barədə təşvişlər səbəb olub.

Qanunun 3 yaşdan kiçik uşaqların olduğu bağçalarda qüvvədə olduğu bildirilir.

Bundan başqa, kiçik yaşlı uşaqların naqilsiz qulaqlıq və s. bu kimi cihazlardan istifadə etməsi də məsləhət görülmür.

Bir çox Avropa ölkələrində isə elektromaqnetik dalğaların xərçəng və s. xəstəliklər yaratması fikri getdikcə qüvvətlənir.
Sizin Reklam Yeriniz