news Image
2012.04.11
17:47
| A A A
Azərbaycanda məişət zorakılığına qarşı geniş kampaniya başlayıb
Layihə çərçivəsində çalışan hüquqşünaslar məişət zorakılığı ilə bağlı bir neçə məhkəmə çəkişmələri başlayıb

Aprelin 11-də Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi yerli tərəfdaş qurumları – Regional Gender Təşəbbüsləri, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, Gender və İnkişaf Şəbəkəsi və beynəlxaq tərəfdaş olan Qadın Məsələləri üzrə Araşdırma və Siyasət Fondu (Bolqarıstan) ilə birlikdə "Məişət zorakılığı barədə məlumatlandırma kampaniyası" layihəsinin təqdimatını keçirib. Təşkilatın ofisində keçirilən tədbirə media təmsilçiləri, tərəfdaş təşkilatın nümayəndələri, layihə iştirakçıları və digər şəxslər qatılıb. 


Tədbiri giriş sözü ilə Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İçtimai Birliyinin layihə rəhbəri Aida İbrahimxəlilova açaraq "Məişət zorakılığı barədə məlumatlandırma kampaniyası" mövzusunda layihənin əsas məqsədi barəsində danışıb: "Məişət Zorakılığı barədə məlumatlandırma kampaniyası" 2 illik layihədir və Avropa İttifaqı və Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun Budapeşt ofisi tərəfindən maliyyələşdirilir.


24 ay ərzində həyata keçiriləcək Layihə yeni qəbul olunmuş Məişət Zorakılığı haqqında Qanununda göstərilmiş hüquqi təminatların Azərbaycan üzrə yayılmasına töhfə verməklə qanunun tətbiq olunmasına yardım edir. Layihə çərçivəsində indiyədək xeyli işlər görülüb. Ölkədə genderlə bağlı zorakılığın mövcud durumunun daha yaxşı anlaşılması üçün sorğunun keçirilib, QHT-lərə, onların hüquqşünaslarına və psixoloqlarına və təlimçilərinə gender zorakılığının preventiv mexanizmi ilə bağlı ixtisaslaşmış bilgi və texnikanın öyrədilməsi üçün bacarıqların artırılması üzrə təlimin keçirilib, təlim iştirakçılarının öz bölgələrinə döndükdən sonra kənd yerlərində qadınlara gender və məişət zorakılığı barədə təlimlər keçməsi, hüquqşünas və psixoloqların pulsuz məsləhətlər verməsi üçün tərəfdaşlar müəyyən edilib və onlara müvfiq bilgi verilib. Yeni qanunun incəlikləri barədə informasiya və telefon vasitəsilə psixoloji və hüquqi məsləhətlər verən qaynar xəttin yaradılıb. Gender əsaslı zorakılığının daha koordinasiyalı və effektiv yolla qarşısının alınması üçün aidiyyati qurumların məlumatlandırılması və həvəsləndirilməsi məqsədilə ölkə miqyaslı informasiya kampaniyasına başlanılıb, sosial çarx çəklib".


Aida İbrahimxəliləva qeyd etdi ki, Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İB-nin təşəbbüsü ilə yaradılmış "Gender və İnkişaf" adlı QHT şəbəkəsi üzvlərindən ibarət 6 mərkəz yaradılıb. Bu mərkəzlərin hər biri bir rayonda yerləşir və bir neçə ətraf rayonları da əhatə edillər. Bu mərkəzlər aşağıdakılardan ibarətdir:

1. Bakı Mərkəzi (GBQT İB tərəfindən idarə ediləcək) – Həmçinin Sumqayıt, Qobustan və Kürdəmir rayonlarını əhatə edir;

2. Bərdə Mərkəzi – həmçinin Ağcabədi, Beyləqan, Ağdam, Mingəçevir və İmişli rayonlarını əhatə edir;

3. Gəncə Mərkəzi – həmçinin  Xanlar, Şəmkir, Ağstafa, Tovuz və Qazax rayonlarını əhatə edir;

4. Quba Mərkəzi – həmçinin Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarını əhatə edir;

5. Lənkəran Mərkəzi – həmçinin Astara, Lerik, Masallı, Yardımlı rayonlarını əhatə edir;

6. Şəki Mərkəzi – həmçinin Qax, Oğuz, Zaqatala, Balakən və Qəbələ rayonlarını əhatə edir.


Layihənin müsbət cəhətlərindən biri də layihəyə yerli mütəxəsislərin cəlb olunmasıdır. Hər mərkəz layihəyə start verilərkən yerli təşkilatlarda fəaliyyət ğöstərəcək mütəxəsislərini Bakiya 3 günlük təlimə göndərmişdi və həmən mütəxəsislər öz yaşadıqları rayonlar üzrə gender zorakılığı baş verən hallarda hüquqi və psixoloji məsləhətlər verəcəklər.

Daha sonra layihənin hüquqşunası Yaşar  Ağazadə qeyd etdi ki, layihəyə yeni start verilsə də məişət zorakılığı ilə bağlı artıq 7 müraciət olunub və hüquqşunas hüquqi məsləhətlər verməklə birlikdə lazımı hallarda bir neçə işlə bağlı məhkəmə prosseslərinə də başlıyıb.

Hazırda layihə çərçivəsində 24 saat ərzində Qaynar Xətt fəaliyyət göstərir və məişət zorakılığı qurbanlarının bu xətt vasitəsilə hüquqşünas və psixoloqlara danışmaq imkanı var. 

Məişət zorakılığından əziyyət çəkənlər üçün Qaynar Xətt nömrələri:    

088-811-0071 - (bütün növ telefonlardan pulsuzdur); 

(012) 555-2365 (şəhər telefonlarından pulsuzdur);

(012) 555-21-65 (şəhər telefonlarından pulsuzdur).   

Tədbirin soununda layihə iştirakçıları jurnalistlərin sualalrını cavablandırı və layihə çərçivəsində çəkilmiş sosial çarx nümayiş etdirilib.


Layihə və ya təşkilatın göstərdiyi xidmətlər barədə Layihə Rəhbəri Aida İbrahimxəlilova ilə əlaqə saxlaya bilərsiniz: office@gewi-az.org ; (994 12) 497-6568; (994 55) 895 19 75  


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs