Əlaqə Arxiv
news Image
2012.08.04
19:04
| A A A
Bakı çimərliyində bədbəxt hadisə
Movqe.Az xəbər verir ki, Bakı çimərliyində bıçaqlanma hadisəsi baş verib. 

Ötən gün saat 19 radələrində, Pirşağı çimərliyində Bakı şəhər sakini Şəhriyar Əliyev mübahisə zəminində qəsəbə sakini Samir Əliyevin qarın nahiyəsindən bıçaq xəsarəti yetirib. Adı çəkilən şəxs polis bölməsinin əməkdaşları tərəfindən tutulub.

Xəsarət alan Samir Əliyev barədə heç bir məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz