news Image
2012.08.06
12:39
| A A A
Azərbaycan rayonlarında rəqəmsal TV fəaliyyət göstərəcək
Movqe.Az xəbər verir ki, Azərbaycanın daha iki rayonunda rəqəmsal TV fəaliyyət göstərəcək.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında "Teleradio" İstehsalat Birliyi (İB) Azərbaycanın daha 2 rayonunda rəqəmsal televiziyanın əhatə dairəsini genişləndirib.

Bu, Qusar və Siyəzən rayonlarında yerləşdirilmiş televiziya stansiyalarında quraşdırılan yeni DVB-T rəqəmsal avadanlığının istismara verilməsindən sonra mümkün olub.

Həmin rayonların televiziya stansiyalarından yayılan rəqəmsal siqnal 12 telekanaldan ibarət rəqəmsal sosial paketi yayımlamağa imkan verməklə yaxınlıqdakı yaşayış məntəqələrini əhatə edir.

Türkan Nadirqızı

Movqe.Az