Əlaqə Arxiv
news Image
2012.08.06
17:11
| A A A
Gülərkən ağızındakı bıçağı uddu

Movqe.az xəbər verir ki, ABŞ-da 30 yaşlı bir qadın yoldaşlarını əyləndirmək üçün ağzına qoyduğu bıçağı bir zarafata güldüyü zaman səhvən udub.

ABŞ-ın Georgia əyalətinin paytaxtı Atlandada yaşayan qadın yoldaşlarına heç bir şeyin mədəsini bulandırmadığını sübut etmək üçün kərə yağı bıçaqını ağzına qoyubmuş.

Həmin an deyilən zarafata gülən qadın yarısı boğazına qədər enmiş olan bıçağı udub.

Bundan sonra qusmağa başlayan qadın vaxt itirmədən xəstəxanaya çatdırılıb.

"New York Daily News" qəzetinin xəbərinə görə, mədəsindən əməliyyat keçirən qadının sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib. 

Sizin Reklam Yeriniz