news Image
2012.08.06
17:22
| A A A
Marsda “həyat” kəşfi başladı

Movqe.az xəbər verir ki, Amerik Hava və Kosmos Dairəsi (NASA) tərəfindən 26 Noyabr 2011-ci ildə göndərilən "Curiosity (Maraq)" adlı kosmos vasitəsi Marsa çatıb. Qırmızı planetdə su və enerjinin var olduğunu ortaya qoyan elm adamları, göndərilən kosmos raketi ilə

həyatın mümkün olması üçün lazımlı üçüncü ünsür olan karbonu tapmağa çalışacaq. Curiosity, eyni zamanda Marsda olan astronavtların qarşılaşmaşma risklərini anlamaları üçün məlumatlar göndərəcək.

Robotun qonşu planetdə araşdırmalara başlayacağı ilk nöqtə, daha əvvəl mineral izlərinə rast gəlinən Gale Krateri olacaq.

Bu ana qədər bu planetə göndərilən ən inkişaf etmiş səyyah robot olan kosmos vasitəsində 12-dən çox kamera, meteorologiya stansiyası, qazıntı vasitələri var. Nüvə enerji ilə işləyən və təxminən bir ton ağırlığındakı vasitənin Marsda ən azı iki il kəşfiyyat işləri aparılması planlaşdırılır. Curiositynin qiyməti qiyməti təxminən 2,5 milyar dollardır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs