news Image
2012.08.07
12:52
| A A A
Arılar təyyarəni girov aldı!

Movqe.az xəbər verir ki, ABŞ-ın Pennsilvaniya Əyalətinə məxsus Pittsburgh şəhərindəki hava limanında Delta Hava Yollarına aid təyyarənin qanadında məskən salan bal arıları təyyarənin qalxmasına maneə törədib. Buna görə səlahiyyətlilər mütəxəssislərdən kömək istəyib. Kraliça arını, gətirdiyi xüsusi qutunun içinə qoyan Stephen Repasky, digər arıların da qutuya girməsinə şərait yaradıb. Repasky arıların təbii sahələrinin itməsinindən sonra belə yerlərdə yuva salmalarının normal olduğunu deyib. Təyyarə isə yarım saat sonra 'arısız' şəkildə havaya qalxıb.