news Image
2012.08.07
19:30
| A A A
Əhaliyə 9.6 milyard manatlıq istehlak malları satılıb

2012-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 9,6 milyard manat məbləğində və ya 2011-ci ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz çox istehlak malları satılıb. Lent.az-ın Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, istehlak mallarının 1,2 milyard manatı hüquqi şəxslərin, 4,5 milyard manatı hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 3,9 milyard manatlıq həcmi isə bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin şəbəkələrində realizə olunub. 

Elektron ticarətin həcmi isə 775,5 min manat olub. Əhalinin pərakəndə ticarət şəbəkələrində xərclədikləri vəsaitin 5,4 milyard manatı ərzaq məhsullarının, 4,2 milyard manatı qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs