news Image
2015.03.01
12:04
| A A A
Masallıda ikimərtəbəli ev yanıb

Masallıda güclü yanğın olub.

Movqe.Az APA-ya istinadən bildirir ki, hadisə fevralın 28-də saat 16.00 radələrində rayonun Çaxırlı kənd sakini, 1965-ci il təvəllüdlü Əfsər Musa oğlu Bağırova məxsus fərdi yaşayış evində baş verib.

Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Muhafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi səfərbər olunub. Onların səyi nəticəsində yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmasa da, ümümi sahəsi 154 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 3 otağın 75 kv.m ərazisi içindəki məişət əşyaları ilə birlikdə yanaraq yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.