Əlaqə Arxiv
news Image
2015.03.01
12:09
| A A A
Uşağa təcavüz edən şəxs: "Öldürmədiyimə görə dua etsinlər"
Türkiyədə 9 yaşındakı uşağa təcavüzə etməyə çalışan şəxs saxlanılıb.

Movqe.az-ın milli.az-a istinadən məlumatına görə, hadisə Osmaniye şəhərində baş verib. Şəhər sakini, 26 yaşlı M.K. məhəllədə oyun oynayan və adı açıqlanmayan 9 yaşındakı qız uşağını aldadaraq kənar yerə aparıb. Gənc oğlan balaca qıza təcavüz etməyə çalışıb.

İstəyinə nail ola bilməyən M.K. daha sonra uşağı buraxıb. Uşağın vəziyyəti ailəsinə söyləməsindən sonra balacanın valideynləri M.K.-dan şikayətçi olublar.

Polis kiçik bir əməliyyatla gənc oğlanı ələ keçirib. Daha sonra məhkəməyə çıxarılan M.K. hadisə barədə danışıb. O bildirib ki, uşağı öldürmədiyinə dua etsinlər: "Oldu bir dəfə. O da küçədə təkbaşına dolaşmasaydı", - deyə M.K. söyləyib.

Qeyd edək ki, məhkəmə gənc oğlana "körpə uşağı cinsi istismar" maddəsi ilə ittiham edib və haqqında həbs qərarı verib.
Sizin Reklam Yeriniz