Warning: opendir(/home/movqe/www/cache/): failed to open dir: No such file or directory in /usr/local/lib/php/Cache/Lite.php on line 632
Ebolaya yoluxma halları 20 dəfə azalıb
 
 
news Image
2015.03.01
20:12
| A A A
Ebolaya yoluxma halları 20 dəfə azalıb

Yerli hökumətin və digər dövlətlərin nümayəndələrinin səyləri nəticəsində Liberiyada Ebola virusuna yoluxma halları 20 dəfəyə qədər azalıb.

Movqe.az-ın publika.az-a istinadən  məlumatına görə, bu barədə ABŞ Prezidenti Barak Obama Liberiya Prezidenti Elen Conson-Serliflə görüşü zamanı bildirib.Liberiya Prezidentinin səfəri ölkədən virusla mübarizə məqsədi ilə göndərilmiş Amerika qoşunlarının çıxarılması fonunda baş tutub.

Ölümcül virusa yoluxma hallarının pik göstəricilərə nisbətən 95 faiz azaldığını deyən ABŞ Prezidenti hazırda həftədə yalnız bir neçə belə faktın qeydə alındığını vurğulayıb. Onun sözlərinə görə, Qvineya və Serra-Leonedə vəziyyət Liberiyadakı kimi qənaətbəxş deyil.

Liberiya prezidenti də öz növbəsində beynəlxalq ictimaiyyətə epidemiya ilə mübarizədə Qərbi Afrika ölkələrinə yardım çağırışı edərək "müstəsna" köməyinə görə Barak Obamaya təşəkkür edib.

Qeyd edək ki, Liberiyada fəaliyyət göstərən ABŞ hərbçiləri müvəqqəti hospitallar tikərək yerli personala təlim keçiblər.