Əlaqə Arxiv
news Image
2012.08.08
11:15
| A A A
Bu günə gözlənilən hava şəraiti

Movqe.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında avqustun 08-də hava şəraitinin az buludlu, yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 22-27, gündüz 36-38, yarımadanın bəzi yerlərində isə 40 dərəcə isti olacağı gözlənilir. 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Sahil, Şıxda 29-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarına gəlincə isə avqustun 08-də hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 21-26, gündüz 36-39, bəzi yerlərdə 41, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Avqustun 08-də ölkə ərazisində hava şəraitinin isti, yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36-38, yarımadanın bəzi yerlərində 40, aran rayonlarında və Naxçıvan MR-da 35-39, bəzi yerlərdə 41, dağlıq rayonlarda 25-30 dərəcə isti təşkil edəcək. 

Sizin Reklam Yeriniz