Əlaqə Arxiv
news Image
2015.03.02
15:48
| A A A
Dilənçi yoxsa narkoman?

Əvvəllər paytaxt küçələrində əli sellafon torbalı uşaqlara tez-tez rast gəlinərdi. Son zamanlar onların sayı azalsa da, yenə də görmək mümkündür. Artıq sellafon torbalarla yanaşı xüsusi "kley" qablardan da istifadə olunur. El arasında "kley iyləmək" kimi bu vərdişin elmi adi toksikomaniyadır. Narkomaniya ilə tibbi-bioloji fərqi olmayan toksikomaniya bir növ ucuz uyuşdurucu sayılır. Aşağıdakı görüntülər Bakı Metropolitenin "Əhmədli" stansiyası yaxınlığındandır. Bu uşaq artıq uzun müddətdir ki, həmin ərazidədir. Gecələr parklarda, stansiyanın girişində yatır, səhərlər isə dilənməklə məşğuldur. Toksikoloqların sözlərinə görə, toksikomanlar əsasən yapışdırıcı, asiton kimi müxtəlif vasitələrdən istifadə edirlər. Qana tez bir müddətdə sovrulduqdan sonra bütün orqanlar öz mənfi nəticəsini göstərir.


Sizin Reklam Yeriniz