Əlaqə Arxiv
news Image
2012.08.08
14:40
| A A A
Bakıda Hindistandan gətirilən camış ətindən dolma hazırlanırmış
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nəzarət tədbirlərini davam etdirir.

SMPDK-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, 61 ünvanında fəaliyyət göstərən fiziki şəxs Rasim Ağcayevə məxsus müəssisədə dövlət nəzarəti həyata keçirilib. 

Araşdırma zamanı müəyyən olunub ki, müəssisədə "Rasimoğlu" adlı ət yarımfabrikatları və kulinariya məmulatlarından gürcü xingalı, pelmeni, ətli blinçik və yarpaq dolması qanunvericiliyin tələblərinə və AZS Milli sertifikatlaşdırma sisteminin qaydalarına zidd olaraq sertifikatlaşdırılmadan istehsal olunur. Bundan başqa müəssisədə sanitar vəziyyət qeyri-qənaətbəxşdir, normativ sənədlərin tələblərinə zidd olaraq istehsal olunan məhsulların resepturaları və texnoloji təlimatları mövcud deyil, məhsulların etiketində heç bir əsas olmadan saxlanma müddəti 3 ay göstərilib. Həmçinin etiketlərin üzərində mal əti və ya mal əti və qoyun ətindən istifadə olunduğu qeyd olunsa da, müəyyən olunub ki, məhsulların istehsalında yalnız camış ətindən istifadə olunur. Yarpaq dolmasının istehsalında qoyun və ya mal ətindən və piyindən istifadə olunması nəzərdə tutulsa da, faktiki Hindistandan idxal edilmiş dondurulmuş camış ətindən istifadə olunur. İstifadə olunan Hindistanın dondurulmuş camış ətinin və ABŞ-ın dondurulmuş toyuq budlarının keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sertifikatları mövcud olmayıb. Həmçinin müəyyən olunub ki, istismar olunan 11 ədəd ölçmə vasitəsi müqayisəli dövlət yoxlanışından keçməmiş istifadə olunur. Aşkar olunmuş qanun pozuntuları ilə bağlı fiziki şəxs Rasim Ağcayevə məxsus müəssisədə gürcü xingalının, pelmeninin, ətli blinçiklərin və yarpaq dolmasının istehsalı və satışı qadağan edilib.
Sizin Reklam Yeriniz