Əlaqə Arxiv
news Image
2012.08.08
15:26
| A A A
İran: qaçırılmış vətəndaşlar üçün məsuliyyət ABŞ üzərinə düşür
Movqe.Az xəbər ki, İran vətəndaşlarının Dəməşq yaxınlığındakı Saidə Zeynəb qəsəbəsində qaçırılıb. 

Tehran Suriyada silahlılar tərəfindən qaçırılmış 48 vətəndaşının təhlükəsizliyi üçün məsuliyyətin Amerika üzərinə düşdüyünü bildirib.

Bu barədə bəyanatla İranın Xarici İşlər Nazirliyi çıxış edib.

İranın xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahian deyib ki, Amerika "terrorçu"lara dəstək göstərməklə qaçırılmışların təhlükəsilziyinə görə məsuliyyət daşıyır.

"Amerika Suriyada terrorçu qrupları silahla təchiz etmək və onlara göstərilən açıq dəstəyə görə qaçırılmış adamların həyatı üçün məsuliyyət daşıyır".

Amerikanın AP agentliyinə istinadən mövzu İranda ABŞ maraqlarını təmsil edən İsveç səfiri ilə görüşdə müzakirə olunub.

BBC-nin verdiyi məlumata görə, Suriyadakı şiə məbədinə ziyarət edən iranlıların avtobusunun qaçırılması barədə xəbər ötən şənbə günü yayılıb.

İran tutulmuş adamların zəvvar olduğunu bildirir.

Silahlı müxalifət iranlıların kəşfiyyatçı olduğunu bildirib.

Suriyada hökumət əleyhinə kütləvi çıxışların başlanmasından bu yana onlarla iranlı mühəndis və zəvvar qaçırılıb.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz