Əlaqə Arxiv
news Image
2012.08.09
16:20
| A A A
Bu günə gözlənilən hava şəraiti
Movqe.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında avqustun 9-da hava şəraitinin əsasən az buludlu, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq. 
Havanın temperaturu gecə 24-26, gündüz 36-38 dərəcə isti təşkil edəcək.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 29-30 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarına gəlincə isə avqustun 9-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq. 
Yaxın 2 gündə hava şəraitində mühüm dəyişiklik gözlənilmir, hava əsasən yağmursuz keçəcək. Mülayim şimal küləyi üstünlük təşkil edəcək. 
Sizin Reklam Yeriniz