news Image
2012.08.09
17:06
| A A A
Twitter”in interfeysi daha 3 dilə tərcümə edilib

Movqe.Az xəbər verir ki, "Twitter"in tərtibatçıları istifadəçilərlə birlikdə mikrobloqlar xidmətini müxtəlif dillərə tərcümə etməyə davam edirlər. Belə ki, saytın interfeysi artıq daha 3 dili (çex, bask və yunan) dəstəkləyir. Movqe.Az  "pitbit.ru" saytına istinadən bildirir ki, son zamanlar "Twitter"də yeni dillərin dəstəklənməsi tempi nəzərəçarpacaq dərəcədə artıb. Məlumat üçün bildirək ki, yalnız iyulda populyar mikrobloqlar xidməti katalon və Ukrayna dillərinə tərcümə edilmişdi. "Twitter" hazırda dünyanın 33 dilində əlçatandır.