Əlaqə Arxiv
news Image
2012.08.10
13:00
| A A A
IX sinif şagirdləri üçün payız imtahanının vaxtı açıqlandı
"Cari ildə ölkəmizdə orta məktəblərin IX sinif şagirdləri üçün payız imtahanı sentyabrın 9-da keçiriləcək". 

Lent.az-ın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. 

Komissiya sədrinin sözlərinə görə, bu il Azərbaycanda 29 minə yaxın IX sinif şagirdi həmin imtahanlarda iştirak edəcək: "Gələn həftədən etibarən rayon və şəhər təhsil şöbələri ilə payız imtahanlarında iştirak edəcək şagirdlərin məlumat bazasının dəqiqləşdirilməsinə başlanılacaq".
Sizin Reklam Yeriniz