news Image
2012.08.10
15:08
| A A A
Türk gəmiləri Süveyşi basdı!

Movqe.az xəbər veri ki, ilk yeddi ayda Süveyş Kanalından 203 gəmi keçərkən Orta Şərq və Afrikaya ixracat da artıb.

Suriya ilə sərhəd qapılarının qarşılıqlı olaraq bağlanmasından sonra Orta Şərq, Ərəb Yarımadası və Afrikaya mal çatdırmaq üçün qurudan dənizə enən ixracatçı Süveyş Kanalından keçişlərdə rekord qırıb.

Buna görə, kanaldan keçən Türk bayraqlı gəmilərin sayı və daşıdığı ağırlıq siyasi gərginliyin yaşandığı 2012-ci ilin ilk 7 ayında illik rəqəmləri geridə buraxıb. Süveyş Kanalında 2011-ci ilin sonunda 258 gəmi cəmi 5.2 milyon ton yük çəkib, 2012-ci ili iyulunda bu rəqəm 203 gəmidə 5.1 milyon tona çatıb.

Rəqəmlərin bu dərəcədə seyrəlməsi ilə kanaldan yük keçişində 18-ci sırada olan Türkiyənin, 9.2 milyon ton daşıyan Çini ötməsinin bu il sürpriz olmayacağı bildirilib.