Əlaqə Arxiv
news Image
2012.08.13
15:21
| A A A
İt balalarını yanğından belə xilas etdi

Movqe.az xəbər verir ki, Çilidə baş verən yanğında alovların ortasında qalan 10 günlük küçüklərin imdadına anaları yetişib. Balalarını xilasetmə avtomobilinə daşıyan it internet fenomeninə çevrilib.

Yanğın Çilidə, küçədə bombanın partlaması nəticəsində baş verib. Övladlarının alovların arasında qaldığını bilən Amanda adlı it evə girərək onların həyatını qurtarıb.10 gündəlik balalarını tək-tək xilasetmə avtomobilinə daşıyan Amanda onların sağ olduğuna əmin olandan sonra yanlarına uzanaraq bir an olsun tək buraxmayıb.

Cəsur itin balalarını yanan evə girib tək-tək çıxardarkən çəkilən fotoşəkillər virtual dünyada ən çox paylaşılanlar arasında yer alıb.

Sağlamlıq vəziyyətlərinin yoxlanılması üçün xilasetmə qrupları Amanda və balalarını baytara aparıb. Küçüklərdən bir neçəsi ağır yanıqlardan ölüblər. 

Sizin Reklam Yeriniz