news Image
2012.08.13
17:56
| A A A
“Paltar suyunda üzürlər”

Movqe.Az xəbər verir ki, İngiltərədə "Mavi Göl" kimi tanınan və çöldən baxıldığında təmiz görünən gölün içində ölü heyvanlar, nəcislər və dibə batmış avtomobillər var. Lakin insanlar bunlara baxmayaraq suya girməkdən imtina etmir.

İngiltərənin Derbyshire qraflığına bağlı Bukston bölgəsində olan bu göl adının əksinə olara ölüm saçır.

Əhali bütün xəbərdarlıqlara baxmayaraq paltar suyu qədər təhlükəli olan sularda üzməyə davam edir. Gölün girişindəki xəbərdarlıq tablosunda yazılanlar görənləri çaşdırır. Suyun rənginin bölgəni çevrələyən əhəng daşlarına görə mavi göründüyünü söyləyən rəsmilər insanlara xəbərdarlıqlara baxmayaraq günəşli havalarda uşaqları ilə göldə üzdüklərini açıqladı.